AZ

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanındaİctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinindəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qidatəhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusundaictimai müzakirə keçirilib.

Trend xəbərverir ki, “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan RespublikasıQida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və s. dövlətqurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiqsahədə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari tədbirinməqsədinin süd və ət istehsalı sahəsində mövcud vəziyyətinmüzakirəsi, bu sahədə fəaliyyət göstərən sahibkarların fikir vətəkliflərinin dinlənilməsi, eləcə də qida təhlükəsizliyi ilə bağlıməsələlər üzrə qarşılıqlı fikir mübadiləsinin aparılması olduğunubildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki,dövlət tərəfindən heyvandarlıq sektorunun inkişafınınstimullaşdırılması məqsədilə sistemli dəstək mexanizmləri tətbiqolunur. 2021–2025-ci illər ərzində 25 615 baş iribuynuzlu və 8mindən artıq xırdabuynuzlu damazlıq heyvanın alınmasına 89,8 milyonmanat məbləğində güzəşt tətbiq edilib, eyni zamanda 10 mindən artıqtəsərrüfat subyektinə 128 milyon manatdan çox aşağı faizli güzəştlikreditlər təqdim olunub. Xüsusi təhlükəli xəstəliklərə qarşıpeyvəndləmə tədbirləri isə tam şəkildə dövlət büdcəsi hesabınahəyata keçirilir. Nazir vurğulayıb ki, işğaldan azad olunmuşərazilər heyvandarlığın inkişafı baxımından mühüm potensialamalikdir və bu ərazilərdə sektorun təşkili və inkişafı üzrəməqsədyönlü siyasət tədbirləri ardıcıl şəkildə icraolunmaqdadır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov süd və ətistehsalının qida təhlükəsizliyi baxımından strateji əhəmiyyətinivurğulayaraq, bu sahədə mövcud çağırışlara və məsələlərə sistemliyanaşmanın önəmini qeyd edib. O, yem bazası, baytarlıq nəzarəti,istehsal və tədarük zəncirinin təşkili, standartlara uyğunluq vəmaarifləndirmə kimi amillərin bir-biri ilə sıx əlaqədə olduğunuvurğulayıb. Bildirilib ki, süd və ət sektorunda fəaliyyət göstərənmikro və kiçik sahibkarlıq subyektlərinin dayanıqlılığının təminolunması regionların sosial-iqtisadi inkişafı və məşğulluğunartırılması baxımından vacibdir.

Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindənheyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasətinə vəhədəflərə dair təqdimat keçirilib, sahibkarların təklifləridinlənilib və sualları cavablandırılıb.

“Süd
“Süd
“Süd
“Süd
Məqalədə:
Seçilən
44
6
az.trend.az

8Mənbələr