Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Qazaxıstan milli ASPAN layihəsinin bir hissəsi olaraq, NATO standartlarına cavab verəcək artilleriya mərmiləri və minaları istehsal etmək üçün dörd yeni zavod tikməyi və istifadəyə verməyi planlaşdırır. Layihənin ümumi dəyəri təxminən 1 milyard dollar olacaq.
“AzPolitika” xəbər verir ki, bu məlumat mediada yayılan kimi, Rusiyadan Qazaxıstanın ünvanına təhdidlər, hədə-qorxular gəlməyə başlayıb…
ASPAN-1 hazırda tikilməkdədir və 2027-ci ildə istehsala başlayacaq. Burada mərmi və mina gilizləri istehsal olunacaq. Qalan üç zavodun istifadəyə verilmə tarixləri hələ açıqlanmayıb.
Hərbi zavodları Qazaxıstanın "Great Sky" şirkəti tikir. Təşkilatın baş direktorunun birinci müavini Andrey Tixonenko layihənin böyük potensiala malik olduğunu bildirib, çünki "sursat istehsalı üçün lazım olan bütün xammal - metal, pambıq, turşular və digər materiallar Qazaxıstanda yerləşir".
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov bu xəbərlə bağlı deyib ki, Qazaxıstanın öz ərazisində NATO standartlı artilleriya mərmilərinin istehsalını qurmaq qərarı Rusiyaya qarşı "dost olmayan" bir addımdır.
"Üzdə “qardaş respublikanın” təkcə rus dilindən deyil, həm də kiril əlifbasından necə tez bir zamanda imtina etdiyini görməməzliyə vurmağa çalışırıq… İndi isə NATO sursat standartlarına keçirlər, görünür, gələcəkdə Rusiya silahlarından imtina etmək, onları Qərb silahları ilə əvəz etmək niyyətindədirlər", - Juravlev “Gazeta.ru”-ya bildirib.
Deputat xatırladıb ki, 1992-ci ildə Qazaxıstan Şimali Atlantika Əməkdaşlıq Şurasına qəbul edilib və 1994-cü ildə ölkə NATO ilə "Sülh naminə tərəfdaşlıq" adlı çərçivə müqaviləsi imzalayıb: "Dərhal sual yaranır: NATO niyə Qazaxıstanla bu qədər maraqlanır? Bəlkə də Rusiya ilə həmsərhəd olduğuna görə və düşünür ki, bu ölkədən daha bir rusofob forpost yaratmaq olar?”
Juravlyov həyasızcasına Qazaxıstanı Ukraynanın aqibəti ilə hədələyib: “Hamımız NATO ilə bu cür əməkdaşlığın Kiyev üçün nəyə çevrildiyini bilirik".
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.