AZ

Hasan Şaş ''Qalatasaray''ın Qrizmann və Salaha maraq göstərməsi haqda nə dedi?

''Qalatasaray'' və Türkiyə yığmasının sabiq üzvü, hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən Hasan Şaş ''Cim-Bom''un Məhəmməd Salah və Antuan Qrizmann kimi dünya ulduzlarına maraq göstərməsinə münasibət bildirib.

İstanbul nəhəngi onsuz da zəif olmayan heyətini qışda bir qədər də gücləndirmək istəyir. Amma Şaş ''sarı-qırmızılar''ın bu futbolçulara çox da ehtiyacının olmadığına işarə vurub:
''Qrizmanna ehtiyac yoxdu. Zatən oyun baxımından Yunus Akgünə bənzəyir. Düzdü, Qrizmann çox səviyyəli futbolçudu. Amma mən onun ''Qalatasaray''a Yunusdan daha çox fayda verəcəyini düşünmürəm. O boyda pulu o mövqeyə xərcləməyə ehtiyac görmürəm. Salaha gəlincə, o da bahalı transfer kimi görünür. Üstəlik həmin mövqedə Sane oynayır. İkisindən biri məcburiyyətdən əks tərəfdə oynamalı olacaq. Amma solda nə Sane oynayar, nə də Salah. Saneni oyun qurucusu mövqeyinə çəkmək də riskli görünür. Çünki komandaya faydası azala bilər və komanda onu itirə bilər. Yəni bu cür bahalı oyunçular almamışdan öncə hər şeyi ətraflı düşünmək lazımdı. Eyni mövqedə oynayan iki ulduz futbolçun olacaq. Onlardan hansını ehtiyatda saxlayacaqsan?''
Seçilən
94
football-plus.az

1Mənbələr