Terapevt Oksana Serebryakova soyuqdəymə ilə pnevmoniyanın simptomları arasındakı fərqlərdən danışıb.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə life.ru-ya danışıb.
Həkimin sözlərinə görə, soyuqdəymə adətən tədricən inkişaf edir: əvvəlcə burun axması və boğazda qıcıqlanma yaranır, daha sonra quru öskürək, ümumi halsızlıq və bədən temperaturunun təxminən 38 dərəcəyədək yüksəlməsi müşahidə olunur.
Serebryakovanın bildirdiyinə görə, bu əlamətlər adətən xəstəliyin ilk iki-üç günündə pik həddə çatır və beş-yeddi gün ərzində keçib gedir.
Aytəkin TOFİQQIZI