AZ

Britaniya donanması lazer sistemləri sifariş edib

MBDA müdafiə şirkəti Kral Dəniz Qüvvələrinin gəmilərini yeni DragonFire lazer silah sistemi ilə təchiz etmək üçün 316 milyon funt sterlinq dəyərində müqavilə imzalayıb.

Herbiand.az bildirir ki, tədarüklərə 2027-ci ildə başlamaq planlaşdırılır.

DragonFire Avropa ölkəsi tərəfindən qəbul edilmiş ilk yüksək güclü lazer sistemidir.

Lazer silahları qısa mənzilli hava hücumundan müdafiə raket sistemlərinə sərfəli alternativ kimi qəbul edilir. Çünki, sursatın qiyməti gəmiləri təhdid edən kiçik dronların qiymətindən çox vaxt yüksək olur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
111
herbiand.az

1Mənbələr