Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycana Somalidən qoyun əti idxal olunur.
AzPost bildirir ki, bu barədə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib.
Ekspertin sözlərinə görə, on ay ərzində ölkəyə 1,94 milyon dollar dəyərində 291,16 ton dondurulmuş qoyun əti idxal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 65 faiz çoxdur.
İdxalın əsas hissəsi – 244,66 tonu (dəyəri 979,55 min dollar) Monqolustanın payına düşür. Bu il Somalidən də 46,5 ton ( dəyəri 960 min dollar) dondurulmuş qoyun əti gətirilib.
“Car ilin ilk 10 ayında 289 min baş diri qoyun gətirilib ki, bu da keçən ilin eyni dövrünü ilə müqayisədə 89 faiz çoxdur. Diri qoyunların idxalı üçün ölkədən 31,4 milyon dollar valyuta çıxarılıb. Bu qədər vəsait bizim kəndlilərdən yan keçib“- deyə V.Məhərrəmli qeyd edib.
AzPost.az
Paylaş
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.