AZ

Astronomlar mövcud olmamalı olan sirli bir "cəhənnəm planeti" kəşf ediblər

Atmosferində əvvəllər başqa planetlərdə görünməmiş ekzotik kimyəvi quruluşa malik helium və karbon üstünlük təşkil edir.

QHT.az xəbər verir ki, James Webb Kosmik Teleskopu alimlərin mövcudluğunu mümkün saymadığı qeyri-adi bir ekzoplanet kəşf edib. PSR J2322-2650b adlı bu planet Yupiterə yaxın kütləyə malik olsa da, güclü radiasiya və cazibə təsiri olan bir pulsarın ətrafında son dərəcə yaxın məsafədə fırlanır və qeyri-adi, limonabənzər formaya malikdir. Astronomları ən çox təəccübləndirən isə planetin atmosferi olub: burada su buxarı və metan əvəzinə helium və karbonun üstünlük təşkil etdiyi, indiyədək heç bir planetdə müşahidə olunmamış ekzotik kimyəvi tərkib aşkar edilib.

Bu kəşf planetlərin yaranması və təkamülü ilə bağlı mövcud elmi təsəvvürləri yenidən nəzərdən keçirməyə vadar edir.

 

R.İmanov

Seçilən
106
qht.az

1Mənbələr