AZ

Tatarıstanda 12 il əvvəl qadının öldürülməsinin səbəbləri məlum oldu - İki nəfər mühakimə edilir

12 il əvvəl Rusiyada təcavüzzorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı məlum olub.
İttihama görə, qətl hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan respublikası ərazisində baş verib.
Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq araşdırmaları ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər Azaliya Aslanovanı qətlə yetirməmiş ona qarşı cinsi zorakılıq tətbiq edərək onu zorllayıblar. Onlar qadını qətlə yetirdikdən sonra törətdikləri cinayətin izini itirmək məqsədi ilə meyiti əvvəlcədən qazdıqları quyuda basdırıblar.
Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.XuduyevCinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Daha sonra təqsirləndirilən Seymur Məmisovun sərbəst ifadə verib:"Mən Elxanla bir yerdə isliyirdim, suvaq vururduq. Azaliya biz əvvəldən taniyırdıq. Onu dəvət edib qarşıladiq. Birlikde yemək yeyib, spirtli içki qəbul etdik. Elxan onunla intim əlaqədə olmaq üçün digər otağa kecik. Bir qədər kecdikdən sonra Azalyanin qışqıraraq Elxana yalvarmağıni eşitdim. Qız onu buraxmağına gorə yalvarirdı. O bizi onu zorllamaqa görə polisə şikayət etməyi ilə hədələdi Sonra onu öldürmək qərarına gəldik"
Təqdirləndirilən daha sonra ifadədində vurğulayib ki, Elxanla yenidən həmin otağa qayıdaraq Azaliyanın boğazından tutaraqboğmaga başlayıb, Elşən Məmişovda qızın ayaqlarından tutaraq onun hərəkət etməsinin qarşısını alıb.
Növbəti prises yanvarin 14-nə təyin edilib.

Seçilən
108
1
teleqraf.com

2Mənbələr