AZ

Banqladeş Kalaşnikov avtomatlarının istehsalını lokallaşdırmaqda maraqlıdır

Banqladeş və Rusiya Kalaşnikov avtomatı istehsalı müəssisəsinin yaradılması ilə bağlı ilkin danışıqlar aparırlar.

Herbiand.az xəbər verir ki, bu barədə Banqladeşin Rusiyadakı səfiri Nəzrul İslam RİA Novosti agentliyinə bildirib.

Səfir vurğulayıb ki, layihə milli silahlı qüvvələrin ölçüsü və ixrac potensialı nəzərə alınmaqla Banqladeş üçün strateji əhəmiyyət kəsb edir: “Bizim böyük ordumuz var. İnanırıq ki, müvafiq plan həyata keçirilərsə, bu zavod təkcə bizi deyil, digər inkişaf etməkdə olan ölkələri də təmin edə biləcək”.

Səfir əlavə edib ki, layihə mərhələli şəkildə həyata keçiriləcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
93
herbiand.az

1Mənbələr