AZ

İldə bir dəfə hansı tibbi müayinələrdən keçməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayıb

Bakı. Trend:

Profilaktik məqsədlə hər bir fərdin ildə ən azı bir dəfəterapevt müayinəsindən keçməsi tövsiyə olunur.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi“Instagram” hesabında keçirilən canlı yayım zamanı Elmi-TədqiqatTibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, bu müayinə çərçivəsində ümumi qan və sidikanalizləri, arterial təzyiqin ölçülməsi, qanda qlükoza səviyyəsininyoxlanılması, lipid profili, bədən kütlə indeksinin hesablanmasıaparılmalıdır:

“Yaşdan və risk faktorlarından asılı olaraq,elektrokardioqrafiya, qaraciyər və böyrək funksional testləri,həmçinin göz və diş müayinələri məsləhət görülür. Qadınlardaginekoloji, kişilərdə uroloji profilaktik müayinələr mütləqdir.Əslində özümüzü yaxşı hiss etsək belə, bəzi xəstəliklər illərləsimptomsuz gedə bilər. Ona görə də ildə bir dəfə ümumi yoxlanışdankeçmək məsləhətdir”.

V.Məmmədova bildirib ki, bəzən bir çox xəstəliklərin əlamətlərinəzərə çarpmadığından artıq son həddə çatanda həkimə müraciətedilir:

“Bu isə çətin olmaqla yanaşı, həm də gecikməyə səbəb olur. Eləbuna görə də xəstəlik getdikcə irəliləyir və sağalma ehtimalıazalır. Buna görə də müayinələrdən vaxtlı-vaxtında keçmək çoxəhəmiyyətlidir”.

Terapevt vurğulayıb ki, müayinələrdən əvvəl əməl edilməli olanbəzi göstərişlər də var:

“Xəstələr müayinəyə acqarına gəlməlidirlər, çünki onu müayinəedəndə, hansısa bir şikayətə uyğun analiz tələb oluna bilər. Ödkisəsi, öd yolları və mədəaltı vəzin acqarına müayinəsi daharahatdır. Xəstə qidalanıb müayinəyə gələndə bəzi detallarsonoqrafik müayinədə gözdən qaça bilər”.

V.Məmmədova sonda qeyd edib ki, vaxtında müayinədən keçməkorqanizmin müdafiə gücünü də artırır:
“Hazırda sağlamlığa nəzarətin əsas sınanmış üsulu vaxtaşırıprofilaktik yoxlanışlardan keçib, həkimin verdiyi təlimatlarıyerinə yetirməkdir. Zamanında edilən tibbi müdaxilə xəstəninxilasına səbəb olur”.

Məqalədə:
Seçilən
107
2
az.trend.az

3Mənbələr