Bakı, 17 dekabr, AZƏRTAC
Dabaq xəstəliyinin yaranması mikro və kiçik təsərrüfatı zəiflədir. Bu xəstəlik səbəbindən süd və ət istehsalı həcmlərinin azalması daxili bazarda təklif imkanlarını məhdudlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə tədbirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirədə deyib.
KOBİA sədri qeyd edib ki, bu da daxili tələbin ödənilməsi üçün xarici mənbələrdən idxalın atmasına səbəb olub.
“Qida təhülksizliyi zəncirinin mühüm halqalarından biri quş əti istehsalıdır. Quşçuluq müəssisələri Sovet dövründən qalan binalarda fəaliyyət göstərir, yeni texnoloji tələblərə cavab vermir. Bütün bu məsələlərin həll olunması zəruridir. Hesab edirəm ki, süd və ət istehsalı üzrə bir sıra istiqamətlərdə çalışmalıyıq. Bu sahədə biliklərin gücləndirilməsi, profilaktik tədbirlərin daha sistemli qurulması, peyvəndləmə tədbirlərinin davamlı təşkili, baytarlıq nəzarətinin effektivliyinin artırılması lazımdır. Qida təhlükəsizliyi keyfiyyət mədəniyyəti kimi formalaşdıqda nəticə dayanıqlı olur. Keyfiyyət mədəniyyəti dialoqla başlayır”, - deyə O.Məmmədov əlavə edib.