AZ

“ABŞ-nin Venesuelaya qarşı təcavüzkar açıqlamaları Rusiyanı narahat edir” - Lavrov

“ABŞ-nin Karib dənizindəki hərəkətləri və Pentaqonun Venesuelaya qarşı təcavüzkar açıqlamaları Rusiyanı narahat edir”.

Missiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"ABŞ Hərbi Dəniz Qüvvələrinin hərəkətləri və Pentaqonun ümumiyyətlə təcavüzkar açıqlamaları bizi çox narahat edir", - deyə siyasətçi vurğulayıb.

Lavrov qeyd edib ki, Vaşinqtonun bu cür hərəkətləri beynəlxalq səhnədə mövcud güc balansı daxilində hər hansı bir razılaşmaya nail olmaq ümidlərini sarsıdır.

Onun sözlərinə görə, ABŞ-nin Karib dənizindəki hərəkətləri bütün ölkələr arasında düşmənçilik yaradır, lakin Avropa ölkələri gizli mövqe tutur və reaksiyalarını bildirmirlər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
83
missiya.az

1Mənbələr