ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
“Sağlam qidalanma adətində uşağa, qadına və kişiyə ayrı-ayrı yanaşmaq lazımdır.
Məsələn, əgər adam su içmirsə, ona birdən-birə 2–3 litr su iç demək düzgün deyil, minimumdan başlayaraq tədricən miqdarı artırmaq lazımdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova bildirib.
O qeyd edib ki, qidalanma düzgün vaxtlarda olmalıdır:
“Uşağın qidalanmasını düzgün formalaşdırmaq vacibdir. Əks halda, gələcəkdə problemlər yarana bilər. Çox və tez-tez yemək xəstəlik yarada bilər. Kişi və qadının enerji sərfiyyatı fərqlidir, ona görə yeməyin həcmi eyni olmur. Yemək boşqabını düzgün balanslaşdırmaq lazımdır”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.