ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Araz-Naxçıvan”ın futbolçusu Patrik Andrade İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etdiyi Serbiyanın “Partizan” klubuna qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, Belqrad təmsilçisi kabo-verdeli yarımmüdafiəçiyə 1,3 milyon avro (2 milyon 592 min manat) təzminat ödəyəcək.
Bununla yanaşı “Paritzan”a 2027-ci ilə qədər transfer qadağası qoyulub.
Qeyd edək ki, 2022-ci ildə “Qarabağ”dan “Partizan”a keçən Patrik Andrade daha sonra Serbiya klubundan ayrılmışdı. Belqradlılar isə futbolçuya olan 270 min avro borcunu ödəməmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.