AZ

Həkim: “Su içməyən insanı gündə 2 litr içməyə məcbur etmək...”

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Orqanizmdə hər şey fərdidir, ona görə prossesə individual yanaşmaq lazımdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova bildirib. 

O qeyd edib ki, məsələn, 60 yaşında olan bir insan indiyə qədər demək olar ki, su içməyibsə, ona birdən-birə gün ərzində 2 litr su içməyi tövsiyə etmək real yanaşma olmaz: 

"Buna görə də həm fiziki aktivlikdə, həm qidalanmada, həm də su qəbulu ilə bağlı sağlam həyat tərzi tövsiyələri verilərkən ilk növbədə insanın mövcud vəziyyəti nəzərə alınmalıdır. 

Yəni onun yaşı, hazırkı həyat tərzi və imkanları əsas götürülməlidir. Daha sonra isə hədəf müəyyənləşdirilməlidir ki, insan haradan başlayır və hara çatmaq istəyir. Bu səbəbdən sağlamlıqla bağlı məsələlərdə fərdi yanaşma olduqca vacibdir. Bütün normalara riayət edilməlidir”. 

Gülər 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
82
1
cebheinfo.az

2Mənbələr