Bakı. Trend:
Mövcud qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi.Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadəetmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiqyaradır.
Trend xəbərverir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələlərikomitəsinin sədri Hicran Hüseynova komitənin bugünkü iclasında ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsininmüzakirəsi zamanı deyib.
Komitə sədri xatırladıb ki, təqdim olunan layihədə bu məzuniyyətödənişli olacaq:
“Qadınlar uşaq dünyaya gətirdikdən sonra bir sırasosial-psixoloji çətinliklər yaşayır. Bir çox ailələrə digər ailəüzvləri, məsələn ana, qayınana və ya digər qohum kömək edə bilmir.O zaman yeni ana olmuş qadına və körpə uşağa yardım edən, onlarınqayğısına kişi olur.
Kişinin bir həyat yoldaşı və ata olaraq ailəyə dəstək olması,onların qayğısına qalması çox vacibdir. Və bu kişini hörmətdənsalmır, əksinə ona olan etibarı, hörməti daha da artırır. Bizə ailəmünaqişələri ilə bağlı, boşanmalarla bağlı müraciətlər olur. Birçox problemlər həmin dövrə təsadüf edir. Belə bir məzuniyyətintətbiqi və ataların uşağın qayğısında, təlim-tərbiyəsində iştirakıhəm ailə daxili münasibətlərə, həm də uşağın şəxsiyyət kimiformalaşmasına müsbət təsir göstərir”.