AZ

Azərbaycanda “Vistar” Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), AzərbaycanRespublikası Kosmik Agentliyi və “İsrail Aerokosmik Sənayesi”korporasiyasının birgə əməkdaşlığı ilə Azərbaycanda “Vistar”Mükəmməllik Mərkəzi təsis edilib. Mərkəzin missiyası Azərbaycandainnovasiyalara dəstək vermək, innovativ təhsil, startaplarıninkişafı, innovativ sahibkarlıq, o cümlədən kosmik sahədə innovativyanaşmanı və beynəlxalq texnoloji əməkdaşlığı təşviq etməkdir.

Mərkəzin açılışında İsrailin Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri, “İsrail Aerokosmik Sənayesi” korporasiyasınınvə Holon Texnologiya İnstitutunun, eləcə də Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin və “AZCON Holding”in şirkətlərindən olanAzərkosmosun rəhbər nümayəndələri iştirak ediblər.

“Vistar” Mükəmməllik Mərkəzinin dekabrın 16-da baş tutan rəsmiaçılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyev innovasiya mədəniyyətinin inkişafı kontekstindəbeynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulayıb:

“Biz nüfuzlu qlobal texnologiya liderləri ilə əməkdaşlığıgenişləndirərək onların Azərbaycana gəlməsini və qarşılıqlı faydayaradan layihələr həyata keçirməsini dəstəkləyirik. Yeni yaradılanMükəmməllik Mərkəzi də Azərbaycanda yüksək rəqabətqabiliyyətlistartapların və ümumilikdə innovasiya mədəniyyətinin inkişafınatəkan verəcək”.

Tədbirdə, salamlama nitqi ilə, həmçinin “İsrail AerokosmikSənayesi” korporasiyasının prezidenti və baş icraçı direktoru BoazLevi də çıxış edib. O bildirib ki, yeni yaradılan Mərkəz Azərbaycanvə İsrail arasında yüksələn xətlə inkişaf edən əlaqələringöstəricisidir:

“Bizim ölkələr arasında daim qarşılıqlı etimada əsaslananmünasibətlər olub və bu gün texnoloji sahədə əməkdaşlığımızıgücləndirən mühüm bir addım atdıq. “Vistar” Mükəmməllik Mərkəziinnovatorlar üçün yeni imkanlar yaradacaq. Bununla da Azərbaycan vəİsrail arasında texnoloji əməkdaşlıq daha dinamik inkişafedəcək”.

Qeyd edək ki, “Vistar” Mükəmməllik Mərkəzinin fəaliyyəti təhsil,innovasiya, kosmik sənaye və tədqiqat sahələrini əhatə edən tədrisvə akselerasiya modeli üzərində qurulub. Mərkəzdə beynəlxalqekspertlərin iştirakı ilə ideyaların sınaqdan keçirilməsi,prototiplərin hazırlanması, startapların investisiya və bazarlaraçıxışını hədəfləyən təlimlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Seçilən
150
6
az.trend.az

7Mənbələr