AZ

Tanınmış müxbir əri ilə evlərində ÖLÜ TAPILIBLAR

Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki, cütlük ailə üzvü tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb. Çərşənbə axşamı səhər saat 09:00 radələrində qohumunun faciəli hadisəni görməsindən sonra polis əməkdaşları Highland Manor Court küçəsinin 700-cü məhəlləsinə cəlb olunublar. Hadisə zamanı cütlüyün üç yaşlı övladının sağ olduğu bildirilib. Təcili tibbi yardım əməkdaşları hər iki şəxsin hadisə yerində həyatını itirdiyini təsdiqləyiblər.

Qeyd edək ki, Kristina Çambers və Conni Rimes 2021-ci ildə ailə həyatı qurmuşdular. Kristina Çambers təxminən 10 ildir ki, yerli WBRC telekanalında idman müxbiri kimi fəaliyyət göstərirdi və peşəkar fəaliyyəti ilə tanınırdı.

Seçilən
110
1
Ajans.az

2Mənbələr