AZ

"Xankəndi" ilə matça da çıxmayacağıq"- Baş məşqçi şərti dedi

"Məşq etmirik, bölgələrdə yaşayan uşaqlar da Bakıda deyillər. Dəyişən bir şey yoxdur. Növbəti çempionat oyununda da oynamaq niyyətində deyilik".

Bunu Fanat.Az-a 2-ci Liqanın 13-cü turunda "Qaradağ Lökbatan"la oyuna çıxmaqdan imtina edən "Şəki Siti"nin baş məşqçisi Elvin Həsənov deyib.

Həsənov 3 aydır ki, maaş almayan texniki heyətin 14-cü turda digər lider "Xankəndi"yə qarşı bir şərtlə mübarizə aparacağını açıqlayıb: "Özümü demirəm, futbolçuların borcları ödənilməsə, "Xankəndi" ilə matça da çıxmayacağıq. Vədləri çox eşitmişik. Bizi bu addımı atmağa məcbur etdilər".

Qaydakara görə, mövsüm ərzində 2 oyuna çıxmaqdan imtina edən 2-ci Liqa komandası çempionatdan kənarlaşdırılır.

Nihat

Seçilən
101
2
fanat.az

3Mənbələr