AZ

Araz Naxçıvan klubu qış fasiləsində hazırlığı Azərbaycanda keçəcək

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Araz-Naxçıvan" klubu qış fasiləsində hazırlığı Azərbaycanda keçəcək.

Bunu "Report"a açıqlamasında Premyer Liqa təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov deyib.

Klub rəsmisi vaxt azlığı səbəbindən təlim-məşq toplanışı məqsədilə ölkə xaricinə yollanmaq fikrində olmadıqlarını bildirib:

"Gələn il yanvarın 5-də və ya 6-da toplanışa start vermək istəyirik. Yanvarın 23-də Misli Premyer Liqasında oyunumuz olacaq. Xaricə gedib-gəlmək bir neçə gün vaxtımızı alar. Belədə toplanış üçün 13-14 gün vaxt qalır. Bu müddətdə başqa ölkəyə yollanmaq nə qədər doğru olar? Vaxt baxımından bizə sərf etmir".

Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda turnir cədvəlində 23 xalla 6-cı pillədə qərarlaşıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
115
2
cebheinfo.az

3Mənbələr