Ekspertlər 2025-ci ildə varlı rusiyalı varlı səyahətçilərin ən çox sevdiyi yerləri açıqlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Tutu" onlayn səyahət xidmətinin analitikləri məlumat verib.
Mənbənin məlumatına görə, varlı ruslar 2024-cü illə müqayisədə 11 faiz daha çox səyahət ediblər. VIP turistlər ən çox Moskvaya (aviabiletlərin 30 faizi), Sankt-Peterburqa (11 faiz), Soçiyə (10 faiz), Mineralnıye Vodıya (6 faiz) və Kalininqrada uçublar. Blaqoveşçensk və Vladivostoka tələbat ikiqat artıb.
Varlıların seçdiyi xarici ölkələr arasında Türkiyə (15 faiz) liderlik edir. Ardınca Çin (14 faiz), BƏƏ (9 faiz), Belarus və Özbəkistan (hər biri 7 faiz) gəlir. Çin, Fransa və Tailanda tələbat son bir ildə ikiqat artıb.