Bakı.Trend:
Masallının bəzi ərazilərində qaz kəsiləcək.
Trend xəbərverir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Masallı şəhəri, Azərbaycan prospekti ünvanındayerləşən qeyri-yaşayış sahəsinin qarşısından keçən yeraltı qazxəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq, 18.12.2025-ciil tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək Digah vəSeybətin kəndləri, eləcə də şəhərin bir hissəsi daxil olmaqla,ümumilikdə təxminən 3200 abonentin qaz təchizatının müvəqqətidayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı vətəhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahişedirik.