AZ

Azərbaycan Gürcüstanın xüsusi dostudur – Baş nazir Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Birinci Kanalına verdiyi müsahibədə Azərbaycanı Gürcüstanın xüsusi dostu adlandırıb.

Vətəninfo.az xəbər verir ki, Kobaxidze bildirib ki, Türkmənistanda Azərbaycanın Baş naziri ilə səmimi görüş keçirib və hökumətlər arasında dost münasibətlərin qurulduğunu vurğulayıb:
“Ümumilikdə, Azərbaycan bizim xüsusi dostumuzdur; hökumətlərimiz olduqca dost münasibətləri qurublar və buna görə hər hansı bir məsələdə ortaq məxrəc tapmaqda çətinlik çəkməyəcəyik”, – deyə Baş nazir qeyd edib.

O, həmçinin bildirib ki, danışıqlar zamanı Azərbaycandan Gürcüstan üzərindən tranzit formatı müzakirə olunub. Kobaxidze vurğulayıb ki, həm Azərbaycan, həm də Ermənistan tərəfinin maraqları Gürcüstan üçün tamamilə məqbuldur və hər üç ölkənin maraqlarını təmin edəcək optimal həllin danışıqlar yolu ilə tapılacağına inanır.

Seçilən
74
veteninfo.az

1Mənbələr