Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
“Türk Dövlətləri Təşkilatı daha real hərbi və siyasi gücə çevrilməsinə doğru gedir. Yeni əlifba, bəzi istiqamətlərdə olan əməkdaşlıqlar buna doğru gedir. Addım-addım. Bunlar asan məsələ deyil. Bu birlik güclü olduğu təqdirdə dünyada fərqli bir güc olacağını düşünürəm. Bu ölkələrin hər birinin iqtisadiyyatlarını bir araya gətirilməsi dünyadakı ticarətin önəmli bir hissəsi deməkdir”.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, AK Parti Konya millət vəkili Orhan Erdem danışıb. Millətvəkili qeyd edib ki, bu ölkələrin çoxu yeraltı zənginlikəri olan ölkələrdir, aralarında kənd təsərrüfatında önəmli yerə sahib olan ölkələr var.
Orhan Erdem / Foto: Orxan, Bizimyol.info
“Bunların hamısı bir araya gəldiyi zaman daha güclü ola bilərik. Türkiyənin iqtisadi böyüklüyü 1,5 trilyon dollardır. Dünyada yüksək gəlir qrupu ölkələrin siyahısına daxil oldu. Bu məlumatlar xarici analiz edən təşkilatların məlumatıdır. Digər ölkələr xalqlarına gəlirləri təqdim etməyə, eyni zamanda zənginliklərini ən gözəl şəkildə paylaşmağa istiqamətlənmiş addımlar atacaq. Yaxşı birliklər hər zaman güclü olur. Hər zaman bir-birinin yanında olur. Hamımız eyni irqdən, eyni dindən olan insanlarıq. Biz bir-birimizə sarılmalıyıq”-deyə Orhan Erdem bildirib.
Orxan Musa - İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.