Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Çinin Cənubi Qafqazda artan təsiri getdikcə daha çox hiss olunacaq. Bu, Ermənistan və bütövlükdə Cənubi Qafqaz üçün müsbət dəyişiklikdir”.
Reyting.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu politoloq Aleksandr İsgəndəryan deyib.
Onun sözlərinə görə, regionda nə qədər çox oyunçu olarsa, vəziyyət bir o qədər sakit olacaq, xüsusən də Ermənistanla iki qonşusu Türkiyə və Azərbaycan arasında qeyri-sabitlik və bağlı sərhədlər nəzərə alınmaqla.
İsgəndəryan qeyd edib ki, Çin qlobal oyunçuya və qlobal gücə çevrilir. Politoloq izah edib ki, qlobal güc dünyanın istənilən yerində sizin qonşunuz olan ölkə hesab edilir.
İsgəndəryan vurğulayıb ki, “Çinlə əlaqələr, Çin dili, Çin kitabları və Çin mədəniyyəti haqqında danışmağımız bunun sübutudur, Çinin bizim qonşumuz olduğunu göstərir”.
Onun fikrincə, Çin digər böyük dövlətlərdən (ABŞ, Avropa, Rusiya) fərqlənir, çünki o, kiçik bir Çin olmaq və Çin kimi yaşamaq lazım olduğunu demir, əksinə, əməkdaşlıq təklif edir.
Qeyd edək ki, bu gün İrəvanda “Çin və Ermənistan arasında Strateji Tərəfdaşlığın Gücləndirilməsi: İdarəetmədə Təcrübə Mübadiləsi üzrə Dialoq” adlı konfrans öz işinə başlayıb.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.