AZ

TRACECA və UNECE Bakıda multimodal nəqliyyatın rəqəmsal transformasiyasını müzakirə edib

Bakı. Trend:

TRACECA Hökumətlərarası Komissiyası və BMT-nin Avropa üçünİqtisadi Komissiyası (UNECE) Bakıda multimodal nəqliyyatınrəqəmsallaşdırılması məsələsini müzakirə ediblər.

TrendTRACECA-ya istinadən xəbər verir ki, müzakirələr TicarətinAsanlaşdırılması və Nəqliyyat İnfrastrukturu PotensialınınArtırılması üzrə 20-ci Beynəlxalq Seminar çərçivəsində baştutub.

“Seminar UNECE tərəfindən TRACECA Hökumətlərarası KomissiyasınınDaimi Katibliyi ilə əməkdaşlıq çərçivəsində və AzərbaycanRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyiilə təşkil olunub.

Seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,Tacikistan, Moldova, Özbəkistan, Ukrayna və Türkmənistannümayəndələri, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya Ölkələrininİqtisadi Əməkdaşlıq üzrə Xüsusi Proqramı (SPECA) çərçivəsində dəvətolunmuş ekspertlər iştirak ediblər.

Seminar UN/CEFACT standartlarından istifadə etməklə multimodalməlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasına fokuslanıb vəTransxəzər Nəqliyyat Dəhlizinin inkişafını əhatə edib”, – məlumatdaqeyd olunub.

TRACECA-nın məlumatına görə, seminarın əsas məqsədi ölkələrinticarət və nəqliyyatın sadələşdirilməsi üçün rəqəmsal həllərihəyata keçirmək imkanlarını gücləndirmək, həmçinin multimodaltədarük zəncirlərində informasiya sistemlərinin uyğunluğunu təminetmək üçün BMT standartlarının tətbiqinin praktik aspektlərinimüzakirə etmək olub.

Məlumatda bildirilir ki, seminar Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, UNECE, TRACECAHökumətlərarası Komissiyasının Daimi Katibliyi və Ümumdünya GömrükTəşkilatının (ÜGT) Avropada Potensialın Artırılması üzrə RegionalOfisinin Direktorunun təbrik nitqləri ilə açılıb.

TRACECA-nın məlumatına görə, TRACECA HökumətlərarasıKomissiyasının Daimi Katibliyinin Baş Katibi Asset Assavbayevbeynəlxalq nəqliyyatın səmərəliliyi və dayanıqlığınınartırılmasında rəqəmsallaşdırmanın əsas rolunu vurğulayıb. O, buistiqamətin TRACECA Beynəlxalq Nəqliyyat Dəhlizinin RəqəmsalKonsepsiyasında əks olunduğunu və təşkilatın fəaliyyət prioritetiolduğunu qeyd edib.

“UN/CEFACT standartlarının ölkələr və nəqliyyat növləri arasındarəqəmsal həllərin uyğunluğu və qarşılıqlı tanınması üçün əsas roloynadığı xüsusilə vurğulandı.

Rəqəmsal nəqliyyat həllərinin inkişafı maraqlı tərəf olanölkələr, dəmir yolu idarələri və beynəlxalq təşkilatların birgəsəylərini, həmçinin UN/CEFACT standartlarının istifadəsini vəelektron məlumat mübadiləsinin mərhələli tətbiqini tələb edir”, –Assavbayev bildirib.

İki günlük proqram çərçivəsində multimodal nəqliyyatınrəqəmsallaşdırılması üzrə pilot layihələrin nəticələri və növbətiaddımlara həsr olunmuş bir sıra sessiyalar keçirilib. SessiyalardaUNECE, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi,Ümumdünya Gömrük Təşkilatı (WCO), UN/CEFACT ekspertləri, BMT-ninBeynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) və BeynəlxalqMülki Aviasiya Təşkilatı (ICAO) nümayəndələri, dəmir yoluidarələri, limanlar, müvafiq milli orqanlar və beynəlxalq peşəkarassosiasiyaların nümayəndələri təqdimatlar ediblər”, – deyəməlumatda vurğulanıb.

Məlumatda qeyd olunur ki, müzakirələrdə TRACECA marşrutlarındaelektron dəmir yolu daşımaları sənədi e-CIM/SMGS, Xəzər regionundalimanlar arasında məlumat mübadiləsi, elektron yol sənədi (eCMR)layihələri və milli elektron platformaların inkişafı, həmçininnəqliyyat məlumatlarının gömrük və digər tənzimləyici İTsistemlərinə inteqrasiyası məsələlərinə xüsusi diqqətyetirilib.

“Sessiyalardan birində TRACECA-nın Baş katibi e-CIM/SMGS pilotlayihəsinin növbəti mərhələlərinə dair təqdimatla çıxış edib.Təqdimatda layihənin gələcək sınaqlarının aparılması, coğrafiəhatəsinin genişləndirilməsi, eləcə də elektron nəqliyyatsənədlərinin daha geniş tətbiqi məqsədilə müqavilə və texnikisazişlərin hazırlanması məsələləri əhatə olunub.

Seminar çərçivəsində, həmçinin “TRACECA nəqliyyat dəhlizinininkişafına verdiyi töhfəyə görə” mükafatlandırma mərasimikeçirilib. Mərasim zamanı multimodal nəqliyyatınrəqəmsallaşdırılması layihələrinin, o cümlədən e-CIM/SMGS pilotlayihəsinin inkişafı və tətbiqinə mühüm töhfə vermiş təşkilatlarınnümayəndələri və ekspertlər təltif olunublar.

Seminarın yekununda iştirakçılar BMT standartları, xüsusiləUN/CEFACT standartları əsasında multimodal nəqliyyatın rəqəmsaltransformasiyasının bundan sonra da təşviq edilməsinəsadiqliklərini təsdiqləyiblər və TRACECA regionunda və SPECAölkələrində fasiləsiz multimodal rəqəmsal nəqliyyat dəhlizlərininyaradılması məqsədilə dövlət orqanları, beynəlxalq təşkilatlar vəözəl sektor arasında əlaqələndirmənin gücləndirilməsininvacibliyini vurğulayıblar”, – məlumatda deyilir.

Məqalədə:
Seçilən
97
az.trend.az

1Mənbələr