AZ

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ, Ukrayna ilə sülh müqaviləsindən imtina edəcəyi təqdirdə Moskvaya təzyiq göstərməyə ümid edərək, Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, yeni tədbirlərə neft daşımaq üçün istifadə edilən "kölgə" donanmasına məxsus gəmilərin, eləcə də bu əməliyyatları asanlaşdıran treyderlərin məsuliyyətə cəlb edilməsi daxildir.

Məlumata görə, ABŞ naliyyə naziri Skott Bessent həmin planları bu həftənin əvvəlində bir qrup Avropa səfiri ilə görüşündə müzakirə edib.

Qeyd olunub ki, Ukraynada tammiqyaslı münaqişənin başlamasından bəri Rusiyaya qarşı tətbiq edilən bir sıra sanksiyalar hələ də Moskvanın mövqeyini dəyişməyib. Lakin iri neft şirkətlərini hədəf alan tədbirlər Rusiya neftinin qiymətlərinin son dərəcə aşağı səviyyələrə düşməsinə səbəb olub və bu da ölkənin onsuz da çətin iqtisadi vəziyyətini xeyli pisləşdirib.

Bundan əlavə, ABŞ rəsmiləri dondurulmuş Rusiya aktivlərini gələcək sülh müqaviləsinin bir hissəsi kimi də nəzərdən keçirirlər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
115
missiya.az

1Mənbələr