AZ

Məşhur rejissor  milyarder oldu:  Forbes-in eksklüziv klubuna qoşuldu

Dünyaca məşhur rejissor Ceyms Kameron filmləri sayəsində milyarder statusu qazanıb. Forbes jurnalının məlumatına görə, blokbaster layihələri ilə tanınan 71 yaşlı rejissorun sərvəti 1,1 milyard dollar həcmində qiymətləndirilir.

Vətəninfo.az xəbər verir ki, bu göstərici ilə Ceyms Kameron Corc Lukas, Stiven Spilberq, Piter Cekson və Tayler Perri ilə yanaşı, milyarder olan beşinci rejissor kimi Forbes-un elit siyahısına daxil olub.

Qeyd olunur ki, Kameron sərvətinin əsas hissəsini məhz filmlərindən qazanan nadir rejissorlardan biridir. Onun ekran əsərləri dünya üzrə ümumilikdə 9 milyard dollardan çox gəlir gətirib. Rejissor daşınmaz əmlak, ətraf mühit layihələri, bitki mənşəli qidalar və dərin dəniz kəşfiyyatı sahələrinə də investisiya qoysa da, əsas gəlir mənbələri qonorarlar, mənfəət payları, tematik parklar, oyuncaqlar üzrə lisenziyalar və öz şirkətindəki paydan formalaşır.

Ceyms Kameronun milyarder statusu onun yeni filmi — “Avatar: Od və Kül”ün nümayişi ərəfəsində xüsusilə diqqət çəkir. Forbesun proqnozuna əsasən, film kassada gözləntiləri doğruldacağı təqdirdə, vergilər və rüsumlar çıxılmadan əvvəl ən azı 200 milyon dollar gəlir əldə edə bilər.

Seçilən
101
veteninfo.az

1Mənbələr