AZ

ABŞ-da tanınmış nüvə fizik alimi öldürülüb

Amerikalı nüvə fiziki və Massaçusets Texnologiya İnstitutunun Plazma Fizikası və Termoyadər İdarəetmə Mərkəzinin direktoru Nuno Lureyro ABŞ-da güllələnərək öldürülüb. Bu barədə "USA Today" qəzeti ştat hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

İlkin məlumata görə, alim dekabrın 15-də Bruklindəki evində odlu silah yaraları ilə tapılıb. O, xəstəxanaya yerləşdirilib, lakin ertəsi gün vəfat edib. Cinayətlə bağlı cinayət işi başlanıb, cinayətkarın axtarışı davam edir.

Nuno Lureyro Portuqaliyada anadan olub. 2005-ci ildə ABŞ-a köçüb. 2016-cı ildən Massaçusets Texnologiya İnstitutunda işləyib, əvvəlcə Plazma Fizikası və Termoyadər İdarəetmə Mərkəzinin direktor müavini vəzifəsində, daha sonra isə onun rəhbəri olub.

Almaz Həsənli

Seçilən
106
oxumeni.az

1Mənbələr