AZ

"İnanıram ki, evə yaxşı nəticə ilə qayıdacağıq" - "Baku Sportinq"in məşqçisi

Bu gün "Baku Sportinq" 1-ci Liqanın 11-ci turu çərçivəsində autsayder "Şimal"ın qonağı olacaq. Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb oyundan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyun çətin keçəcək. Hər klubun öz hədəfləri var. Biz liderlərə yaxınlaşmaq istəyiriksə, onlar da son pillədən qurtulmaq üçün hər matça xal üçün çıxırlar. Rəqibi təhlil etmişik. İnanıram ki, yaxşı oyun sərgiləyib evə yaxşı nəticə ilə qayıdacağıq".

Qeyd edək ki, "Şimal" - "Baku Sportinq" görüşünün start fiti 14:30-da səsləndiriləcək.

Nihat

Seçilən
103
1
fanat.az

2Mənbələr