AZ

Çin ABŞ a məxsus raketin bənzərini yaradır

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Çinin kosmik şirkətləri "SpaceX" şirkətinə mənsub olan "Starship" kosmik raketinin tam bənzərini istehsal etməyə başlayıblar.

Reyting.az xəbər verir ki, Çinin dövlət sektorunda artıq "Çançjen-9" raketinin çoxistifadəli modelinə keçiblər.

Məlumata görə, hazırda özəl şirkətlərin əksəriyyəti "LandSpace", "Cosmoleap", eyni zamanda, "Astronstone", "Beijing Leading Rocket Technology" kimi böyük layihələrlə ABŞ modeli və tamamilə "Starship" kosmik raketinə bənzəyən yeni raketlərin üzərində işləyirlər.

Bir çox ekspertlər bildiriblər ki, bütün bunlarla yanaşı, "Amerika ekizləri" kosmik layihələrinin Çin tərəfindən uğurla reallaşacağı şübhə doğurur.

Digər avropalı ekspert qrupu isə bəyan edib ki, Çin şirkətləri müəyyən nailiyyətlər əldə etməyə qadirdir, çünki amerikalı iş adamı İlon Maska məxsus olan "SpaceX" kosmik şirkətinin uğurlarını təkrarlamaq arzusu Çinin investorları üçün bu gün də cəlbedicidir.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
reyting.az

1Mənbələr