AZ

Peşə təhsili və işəgötürənlər arasında əməkdaşlıq Kənd Təsərrüfatında kadr hazırlığını gücləndirir - Simnar Mamedov

Bakı.Trend:

Peşə təhsili müəssisələrində işəgötürənlərlə, eləcə də digərsahə nümayəndələri ilə sıx əməkdaşlıq və birgə fəaliyyət prinsipiolduqca əhəmiyyətlidir.

Trend xəbərverir ki, bu fikirləri bu gün Peşə təhsili Dövlət Agentliyinindirektor vəzifəsini icra edən Simnar Mamedov aqrar biznesfestivallarına həsr olunan yekun tədbirdə panel müzakirəsi zamanıdeyib.

“Regionlarımızda fəaliyyət göstərən iri müəssisələr mövcuddur.Məsələn, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət PeşəTəhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və digər bukimi müəssisələr regionda mühüm rol oynayır. Lənkəranda yaxınzamanda müasir struktura malik yeni peşə təhsil mərkəzinin açılmasınəzərdə tutulur. Bu müəssisələr xüsusilə kənd təsərrüfatıistiqamətində kadr hazırlığında əsas yükü daşıyır. Bu baxımdantərəfdaşlıq konteksti olduqca vacibdir”.

O qeyd edib ki, söhbət yalnız dövlət qurumları arasındakoordinasiyalı fəaliyyətdən deyil, eyni zamanda dövlət-özəltərəfdaşlığından gedir:

“Statistik məlumatlara nəzər saldıqda görürük ki, buəməkdaşlıqlar həm kəmiyyət, həm də keyfiyyət baxımından genişlənir.Bu isə nəticəyönümlü və davamlı birgə fəaliyyətlərin formalaşmasınaşərait yaradır.

Peşə təhsili müəssisələrinin müxtəlif festivallarda vəyarmarkalarda iştirakı, öz məhsullarını nümayiş etdirməsi həminmüəssisələrin istehsal zəncirində real paya malik olduğunugöstərir. Eyni zamanda bu, regionun sosial-iqtisadi inkişafınatöhfə verən mühüm amildir”.

S.Mamedov qeyd edib ki, mütəmadi keçirilən tədqiqatlar vəkonfranslarda ixtisaslı kadr çatışmazlığının ciddi problem olduğuvurğulanır.

“Bu ehtiyacın mahiyyəti təhsil müəssisələri tərəfindən tamşəkildə dərk olunmadıqda, əmək bazarının tələblərinə uyğunlaşmaqçətinləşir. Qeyd etmək lazımdır ki, bugünkü tələblər sabah dəyişəbilər. Texnologiyaların sürətli inkişafı bu dəyişikliklərin tədrisproqramlarına və bacarıqların formalaşdırılmasına operativ şəkildəinteqrasiya olunmasını zəruri edir.

Bu baxımdan peşə təhsili sistemində fəaliyyət çevik və çevrəyəuyğun şəkildə qurulmalıdır. Hüquqi kontekstdə də, peşə təhsilihaqqında qanunvericiliyə nəzər saldıqda görürük ki,işəgötürənlərin, dövlət və özəl tərəfdaşların bu prosesdə iştirakınəzərdə tutulur. Tədris proqramlarının hazırlanmasındaişəgötürənlərin iştirakı, təhsil müəssisələrinin idarə olunmasındamaraqlı tərəflərin rol alması mühüm şərtdir”.

O əlavə edib ki, beynəlxalq təhlillər də bunu təsdiqləyir. DünyaBankı və Dünya İqtisadi Forumunun hesabatlarında kənd təsərrüfatıvə əlaqəli sahələrdə ixtisaslı kadrlara olan tələbatın artacağıqeyd olunur:

“Bu səbəbdən fəaliyyətlərin daha koordinasiyalı, vahid yanaşmaəsasında təşkili böyük əhəmiyyət daşıyır və bu sahədə bilik əsaslıinkişaf üçün geniş imkanlar mövcuddur”.

Seçilən
102
az.trend.az

1Mənbələr