Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Mançester Yunayted" klubu komandanın Premyer Liqada "Bornmut"a qarşı oyun üçün taktikası ilə bağlı məlumatların sızmasına dair daxili araşdırmaya başlayıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat verib.
Məlumata görə, 2024-cü ilin noyabr ayında "Yunayted"ə gəldiyi andan bəri Ruben Amorim üçlü müdafiədə oynamağa üstünlük verib, Ruben də inadkarlığına görə dəfələrlə tənqidə məruz qalıb.
Lakin ötən bazar ertəsi "Bornmut"a qarşı oyunda (4:4) Amorim bir az fərqli oynamağa qərar verib və Dioqo Dalotu sol cinah müdafiəçisi mövqeyindən klassik müdafiə dördlüyündə cinah müdafiəçisi mövqeyinə keçirib.
Amorimin taktiki çeviklik nümayiş etdirmək niyyəti ilə bağlı KİV-də "Old Trafford"dakı oyundan bir neçə saat əvvəl müvafiq yazılar dərc edilib.
"Bunu siz müzakirə edə bilərsiniz, mən deyil. Mənə məlum olduğu qədəri ilə, siz bu həftə məşqlərdə dörd nəfərlik müdafiə oyununu məşq etdiyimizdən xəbər tutmusunuz. Bunu haradan öyrəndiyinizi bilmirəm, amma bu həftə müzakirələriniz üçün yaxşı mövzudur", - deyə Amorim bildirib.
"Yunayted" daxili araşdırmaya başlayıb və sızmanın arxasında kimin dayandığını müəyyən etməyə çalışır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.