“Çelsi”nin braziliyalı futbolçusu Estevaonun yüngül əzələ problemi səbəbindən komandasının qarşıdakı oyunu üçün hazır olmadığı açıqlanıb.
Msport.az xəbər verir ki, hücumçu Premyer Liqada “Nyukasl”a qarşı keçiriləcək görüşü də buraxacaq.
Klubun tibbi heyəti risk etməmək qərarına gəlib və oyunçunun tam bərpası üçün əlavə vaxt ayrılıb.
Məlumata görə, Estevaonun zədəsi ciddi xarakter daşımır və onun yaxın oyunlardan birində meydana qayıtması gözlənilir.