AZ

Milli Kitabxanada “Xalq şairi Osman Sarıvəlli - 120” adlı sərgi açılıb

Bakı, 17 dekabr, AZƏRTAC

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus iz qoyan Xalq şairi Osman Sarıvəllinin 120 illiyinə həsr olunmuş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərigdə şairin seçilmiş əsərləri, şeirləri, poemaları, tərcümələri, “Ön söz” yazdığı, tərtibçi və redaktor olduğu kitablar yer alıb.

Həmçinin onun sözlərinə bəstələnmiş musiqi notları, həyatı, yaradıcılığı və aşıq sənətinin tədqiqi, poetikası, poeziyası haqqında xatirələr, müxtəlif illərdə çap olunmuş məqalələr topluları nümayiş olunub.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəlli ömrünün böyük bir hissəsini poeziyaya həsr edib. Onun “Bənövşə” (1940), “Şairin hədiyyəsi” (1943), “Gətir, oğlum, gətir” (1943), “Gənclik eşqi” (1946), “Bahar çiçəkləri” (1949), “Yeni dünyanın qapısı” (1950), “İqlimdən-iqlimə” (1963), “Sabahı yaradanlar” (1970), “Hər kim yüz il yaşamasa” (1976) və s. kimi kitabları Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Şairin yaradıcılığı yüksək qiymətləndirilib və müxtəlif ali orden və mükafatlara layiq görülüb.

 

 

Seçilən
114
2
azertag.az

3Mənbələr