AZ

Ermənistanda daxili GƏRGİNLİK – II Qareginin istefası üçün imza TOPLANIR

Ermənistan hakimiyyəti II Qaregini devirmək istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb. Paşinyan deputatın təklifini bəyəndi, küçələrdə katolikos əleyhinə kampaniya başladı

Ermənistan hökuməti Bütün ermənilərin katolikosu II Qareginin istefası tələbi ilə bölgələrdə fəal şəkildə imza toplamağa başlayıb.

Kampaniyanın ideya müəllifi hakim partiyadan olan deputat Karen Saruxanyandır. Onun bu təklifi partiyadaşları tərəfindən dəstəklənib,

Baş nazir Nikol Paşinyan isə təşəbbüsü tərifləyib.

Məlumata görə, Paşinyanın “dəstək qrupu” kimi fəaliyyət göstərən şəxslər Şirak vilayətindən başlayaraq kənd və şəhərlərdəki avtobus dayanacaqlarını gəzir, sakinlərindən katolikosun getməsi üçün imza toplamağa çalışırlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
136
interpress.az

1Mənbələr