AZ

Kareliya Azərbaycanla əməkdaşlıq üzrə yol xəritələri hazırlayacaq

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kareliya Respublikası (Rusiya) Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafında maraqlıdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu regionun rəhbəri Artur Parfençikov Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşdə deyib.

Tərəflər sənaye, elm, mədəniyyət, təhsil, kənd təsərrüfatı, tibb və turizm sahələrində, eləcə də digər istiqamətlərdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

"Region rəhbəri respublikanın iqtisadi blokunа Azərbaycanla qarşılıqlı fəaliyyətin inkişafı və gücləndirilməsi üzrə "yol xəritələri" hazırlamağı tapşırıb", - region rəhbərinin mətbuat xidməti məlumat verib.

Bundan əlavə, A.Parfençikov azərbaycanlı incəsənət xadimlərini teatr qastrollarında iştirak etməyə, alimləri isə 2026-cı ildə qeyd olunacaq Ağ dəniz petroqliflərinin kəşfinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyə dəvət edib.

O, Azərbaycanda da qayaüstü rəsm obyektlərinin olduğunu, bunun da iki ölkənin elmi ictimaiyyəti arasında təcrübə mübadiləsi üçün imkanlar yaratdığını qeyd edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
103
3
cebheinfo.az

4Mənbələr