AZ

Polşa Baş nazir: Prezident həftələrdir telefon zənglərimə cavab vermir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşa Baş naziri Donald Tusk, ölkə prezidenti Karol Navrotski ilə münasibətlərində ciddi gərginlik olduğunu və artıq bir neçə həftədir prezidentin onun telefon zənglərinə cavab vermədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Tusk bu barədə "Polsat" kanalına açıqlama verib.

Baş nazir, "Bir neçə həftədir, prezident telefonu qaldırmır", — deyə şikayət edib və əlavə edib ki, o, xarici siyasət məsələləri ilə bağlı prezidentlə yaxın əməkdaşlıq etmək cəhdləri göstərib, amma bu cəhdlərə heç bir reaksiya almayıb. "Telefon zənglərinə cavab verilməməsi, əlaqəsizliyin əlamətidir", — deyə Tusk vurğulayıb.

Baş nazirin sözlərinə görə, prezidentlə münasibətlərinin əvvəlində vəziyyət daha yaxşı olub: "Ən azından prezident SMS-lərə və telefon zənglərinə cavab verirdi", — deyə Tusk xatırlayıb. Lakin, sonradan "təsəssüf ki, prezident və onun komandasının məqsədi, konfliktin davam etməsi və hökumətin səlahiyyət sahələrinə müdaxilə etmək oldu", — deyə baş nazir bildirib.

Karol Navrotski Polşanın prezidenti olaraq 6 avqustda and içib. O gündən başlayaraq, prezidentlə baş nazir arasında qarşıdurma və anlaşılmazlıqlar artmağa başlayıb. Avqust ayında Tusk, "yeni prezidentlə bağlı heç bir mərhəmət göstərməyəcəyini" və onun hər hansı bir təşəbbüsünə qarşı "amansız" olacağını bildirmişdi. Noyabr ayında isə prezident Navrotski, Tuskı "1989-cu ildən sonra Polşanın ən pis baş naziri" olaraq adlandırmışdı.

Bu qarşıdurma, Polşadakı siyasi gərginliyin daha da artmasına səbəb olub və həm ölkə daxilində, həm də beynəlxalq aləmdə diqqət çəkib. Hökumət ilə prezident arasında bu gərgin münasibətlərin nəticələri, gələcəkdə Polşanın daxili siyasətini necə formalaşdıracağı maraqla izləniləcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
bizimyol.info

1Mənbələr