AZ

Zülfüqarov Rusiyaya: Mülkiyyətimizi qaytarın!

Rəsmi Moskvanın birdən-birə yadına düşüb ki, dəmir yolunun “Meğri hissəsi” “Rusiya Dəmir Yollarının mülküdür”.

"Yeni Sabah" xəbər verir ki, bunu politoloq Tofiq Zlfüqarov bildirib.

O, "Facebook" səhifəsində yazıb: "Həm Ermənistan, həm də Rusiya tərəfinə xatırlatmaq istəyirəm ki, bu dəmir yolu Azərbaycan SSR və onun varisi Azərbaycan Respublikasının mülkiyyətidir! Mülkiyyət hüquqlarımız Almatı Bəyannaməsinə əlavələrlə təmin edilir və qanunsuz olaraq zəbt olunmuş əmlakımız Rusiya Federasiyası tərəfindən özəlləşdirilə bilməz".

Xatırladaq ki, dekabrın 16-da Rusiya XİN "Tramp Marşrutu" ilə bağlı rəsmi İrəvanla müzakirələr hazır olduğunu bildirib.

Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan bu yöndə danışıqlara yer olmadığını nəzərə çatdırıb. 


Telegram kanalımız
Seçilən
105
2
yenisabah.az

3Mənbələr