Hansı cərimə meydançasında olduğu ilə bağlı məlumatı olmayan İsmayılov maşınını tapa bildimi?
Bu barədə gənc mütəxəssisin özü ilə əlaqə saxladıq:
“Açığı, mənə qarşı hörmətsizlik və anlaşmazlıq olmuşdu. Heç bir günahım olmadan maşınımı cərimə meydançasına aparmışdılar. Şükürlər olsun ki, hər şey qaydasına düşdü. Əsas səbəbkar DYP-nin mətbuat katibi Toğrul Nəsirli oldu. Mənlə əlaqə saxladı, aydınlaşdırdıq, hər şey qaydasına düşdü. Maşınım hazırda özümdədi. Belə şeylər olur”.
MÜZƏFFƏR QULUZADƏ