Dekabrın 15-də General Dynamics Electric Boat (GDEB) şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinə çoxməqsədli “Aydaho” atom sualtı qayığını təhvil verib.
Herbiand.az bildirir ki, SSN-799 gövdə nömrəli sualtı qayıq ABŞ Hərbi Dəniz Qüvvələri üçün inşa edilmiş “Virciniya” sinifli 26-cı sualtı qayıqdır.
ABŞ donanmasından qeyd edilib ki, qayığın və heyətin sınaqları 2026-cı ilin əvvəlinə qədər davam edəcək.
Sınaqlardan sonra sualtı qayıq yaz aylarında xidmətə qəbul ediləcək.
Bəxtiyar CƏFƏRLİ