AZ

UNEC tələbələri “Robotex International 2025” yarışında ölkədə 1-ci, dünyada 5-ci olublar (FOTO)

Bakı. Trend:

UNEC tələbələri “Robotex International 2025” yarışında ölkədə1-ci, dünyada 5-ci olublar.

Estoniya Respublikasının paytaxtı Tallin şəhərində keçirilən“Robotex International 2025” beynəlxalq robot texnologiyalarıyarışmasının final mərhələsində Azərbaycanı təmsil edən UNECtələbələri böyük uğura imza atıblar.

Final mərhələsində 32 ölkədən 921 komandanın qatıldığı gərgin vərəqabətli yarışda UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinintələbələrindən ibarət “UNECode” komandası “StoneridgeEntrepreneurship Challenge” kateqoriyası üzrə 56 komanda iləmübarizə aparıb. İnnovativ yanaşma və peşəkar bacarıqları iləfərqlənməyi bacaran UNEC tələbələri dünyada 5-ci, region vəAzərbaycanda isə 1-ci olublar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyiilə yarışda iştirak edən “UNECode” komandasında Rəqəmsalİqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələri Aşurbəy Məmmədzadə,Əli Səfərli, Məhəmməd Mərdanov, Zahid Təzəxanov və Tofiq Əliyevtəmsil olunublar.

UNEC
UNEC
Məqalədə:
Seçilən
177
7
az.trend.az

8Mənbələr