AZ

Yanvar-noyabr aylarında DOST mərkəzlərində 811 min vətəndaşa xidmət göstərilib

11 ayın sosial göstəriciləri

QHT.az xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr aylarında DOST mərkəzlərində 811 min vətəndaşa xidmət göstərilib.

2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı, Kəlbəcər və Füzuli DOST məntəqələri açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,7 faizdir.

Seçilən
89
2
qht.az

3Mənbələr