AZ

Meloni danışıqlarında Aİ-nin əsas oyunçusu kimi təqdim edilib

İtaliya Baş naziri Corcia Meloni Berlində Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda əsas Avropa oyunçusu kimi təqdim edilib...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti yazıb.

"Volodimir Zelenski özünü Avropa liderləri ilə əhatə olunmuş vəziyyətdə tapdı, lakin Corcia Meloni onun yanında - danışıqların mərkəzində oturdu. Diplomatik xoreoqrafiyada bu cür oturacaq tənzimləmələri vacibdirş. İtaliya lideri əsas Avropa oyunçusu kimi təqdim edilib", deyə nəşr qeyd edib.

FT-nın məlumatına görə, Meloninin Avropa İttifaqındakı müttəfiqləri onun danışıqlarda mühüm rol oynayacağını gözləyirlər.

Bir neçə gün əvvəl Berlində Ukrayna prezidenti Volodimir Zelenski, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner arasında danışıqlar aparılıb. Görüşdə Almaniya kansleri Fridrix Merz və İtaliyanın Baş naziri Corcia Meloni də iştirak edirdilər.

Daha əvvəl Meloni Ukraynanı NATO-ya qəbul etmədən ona təhlükəsizlik zəmanəti verilməsini təklif etmişdi. Siyasətçinin sözlərinə görə, Ukraynanı dəstəkləmək üçün variantlara təcili və davamlı müdafiə və iqtisadi yardım göstərmək, Ukrayna ordusunu gücləndirmək və Rusiyaya qarşı sanksiyalar tətbiq etmək daxildir.

Poliqon.info

Seçilən
92
1
poliqon.info

2Mənbələr