AZ

İlk dəfə ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq edilib

Vətəninfo.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri ümumi anti-Rusiya sanksiya siyasəti çərçivəsində 14 şəxs və təşkilata qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsini təsdiqləyiblər.

Qeyd olunur ki, sanksiya siyahısına Rusiya vətəndaşları ilə yanaşı, ilk dəfə olaraq ABŞ vətəndaşı da daxil edilib. Söhbət Rusiyanı dəstəklədiyinə görə sanksiyaya məruz qalan Florida ştatının keçmiş polis rəisinin müavini Mark Duqandan gedir.

Siyahıda həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Andrey Suşentsov, Ali İqtisadiyyat Məktəbinin və “Beynəlxalq Rusofillər Hərəkatı” təşkilatının tədqiqatçısı Dmitri Suslov və digər şəxslərin adları yer alır.

Aİ rəsmilərinin bildirdiyinə görə, yeni sanksiyalar paketi Rusiyaya siyasi və informasiya dəstəyi göstərən şəxslərə qarşı təzyiqlərin artırılması məqsədi daşıyır.

Seçilən
25
veteninfo.az

1Mənbələr