AZ

DW: "Trampın səyi yalnız Bakı-İrəvan sülhündə özünü doğruldub"

Bu sözləri ABŞ-də fəaliyyət göstərən müharibə əleyhinə "Code Pink" qrupunun qurucusu Medeya Bencamin Almaniyanın "Deutsche Welle" dövlət telekanalınamüsahibəsindədilə gətirib. O vurğulayıb ki, Donald Trampın "sülh" adlandırdığı razılaşmalar müvəqqəti fasilələrdən, səthi barışıqlardan ibarətdir:

"Həmin razılaşmalarda bu və ya digər münaqişənin əsl səbəbləri nəzərə alınmayıb. Belə təşəbbüslər müharibənin təzədən başlamasının qarşısını almayan, sadəcə gecikdirən qısamüddətli siyasi həllər idi. Donald Trampın, həqiqətən, həllinə təkan verdiyi müharibə məhz Bakı-İrəvan münaqişəsidir".
Moskva "Tramp yolu"nu mənimsəmək istəyir

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" ("Tramp yolu" / TRIPP) adlanacağını bildirib.

Firudin Həmidli
AzVision.az
Seçilən
104
2
azvision.az

3Mənbələr