Bakı.Trend:
Ölkənin ərzaq təhlükəsizliyinin sistemli təmini mühüm stratejiəhəmiyyət daşıyır. Ərzaq məhsullarının istehsalı, emalı, daşınmasıvə topdan pərdakəndə satışı daxil olmaqla qida təhlükəsizliyizənciri boyu ciddi izlənilir.
Trend xəbər verir ki, bunuAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədriQoşqar Təhməzli bu gün aqrar biznes festivallarına həsr olunanyekun tədbirdə səsləndirib.
O bildirib ki, qqrar sahədə innovasiyaların təşviqi, fermer vəsahibkarların bilik və imkanlarının genişləndirilməsi, habelədövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından bu cürfestivalların əhəmiyyəti danılmazdır:
“Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinintəşəbbüsü ilə ölkənin müxtəlif regionlarında təşkil olunan AqrarBiznes festivalları artıq aqrar sektor üçün mühüm dialoq, bilik vətəcrübə mübadiləsi platformasına çevrilib.
Qeyd etmək istərdim ki, bu festivallarda fəal iştirak etməkləəsas məqsədimiz aqrar istehsalda təhlükəsizliyin, keyfiyyətin vədayanıqlılığın təmin edilməsini fermer və sahibkarlara birbaşa,aydın və praktik mexanizmlər vasitəsilə çatdırmaqdır. Bu xüsusdavurğulamaq lazımdır ki, hər il Kənd Təsərrüfatı Nazirliyitərəfindən təşkil olunan arıçılıq məhsullarının ənənəvi respublikasərgi-satış yarmarkaları çərçivəsində satışa çıxarılan bütünməhsullar risk əsaslı yoxlamalara cəlb olunur”.
AQTA sədri vurğulayıb ki, qida təhlükəsizliyi mütəxəssisləritərəfindən bal və digər arıçılıq məhsulları laborator müayinələrdənkeçirilir və qida təhlükəsizliyi ilə keyfiyyət standartlarına cavabverməyən məhsulların satışına yol verilmir:
“Eyni zamanda Bakı şəhərində keçirilən mövsümi yarmarkalarda daməhsulların keyfiyyətinə operativ nəzarət təmin edilir.Yarmarkalarda fəaliyyət göstərən səyyar qida laboratoriyalarıvasitəsilə vətəndaşların satışa çıxarılan məhsullarıntəhlükəsizliyi və keyfiyyəti ilə bağlı müraciətləri yerindəaraşdırılır. Zərurət yarandıqda isə məhsullardan nümunələrgötürülərək ekspertizaya cəlb olunur. Bu yanaşma istehlakçılarınetimadının artırılmasına və əhalinin təhlükəsiz, keyfiyyətli qidaməhsulları ilə təmin olunmasına xidmət edir”.
Q.Təhməzli əlavə edib ki, AQTA tərəfindən bitki sağlamlığınınqorunması, karantin tətbiq edilən zərərli orqanizmlərinyayılmasının qarşısının alınması, habelə təhlükəsiz toxum və tingdövriyyəsinin təmin edilməsi istiqamətində sistemli və risk əsaslınəzarət tədbirləri həyata keçirilir:
“Fitosanitar nəzarətin gücləndirilməsi yalnız daxili bazarınqorunmasına deyil, eyni zamanda ölkəmizin ixrac potensialınınartırılmasına və beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimimövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
İxrac yönümlü fitosanitar tədbirlər agentliyin fəaliyyətindəmühüm yer tutur. Bitki mənşəli məhsulların ixracı zamanı idxalçıölkələrin fitosanitar tələblərinə uyğunluq təmin edilir,fitosanitar sertifikatlar beynəlxalq standartlara uyğun şəkildəverilir. Bu sahədə rəqəmsallaşmanın və şəffaflığın artırılmasıməqsədilə Azərbaycan Respublikası Beynəlxalq Bitki MühafizəsiKonvensiyasının ePhyto sisteminə qoşulmuşdur. Sözügedən sistemfitosanitar sertifikatların elektron formada tətbiqinə,mübadiləsinə və qarşılıqlı tanınmasına imkan yaradır”.
O bildirib ki, bununla yanaşı, fitosanitar sahədə institusionalvə normativ bazanın təkmilləşdirilməsi məqsədilə agentliktərəfindən “Bitki sağlamlığı haqqında” qanun layihəsihazırlanıb.
“Qanun layihəsinin qəbul edilməsi fitosanitar sahədə şəffaflığınartırılmasına, dövlət–özəl sektor əməkdaşlığınıngenişləndirilməsinə, fermer və sahibkarlar üçün aydın vəproqnozlaşdırıla bilən tənzimləmə mühitinin formalaşmasına şəraityaradacaqdır. Bu sənəd ölkənin ixrac rəqabətqabiliyyətiningücləndirilməsi və Azərbaycanın beynəlxalq ticarətdə fitosanitarbaxımdan etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsibaxımından mühüm əhəmiyyət kəsb edir”,- deyə o fikrinitamamlayıb.