Sea Breeze
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində yerləşən Anhui Kənd Təsərrüfatı Universitetini ziyarət edib. İkitərəfli görüş zamanı tərəflər təhsil və elmi-tədqiqat sahələrində strateji əməkdaşlığın qurulması imkanlarını müzakirə ediblər.BDU-nun rektoru Elçin Babayev və Anhui Kənd Təsərrüfatı Universitetinin prezidenti Cao Haiqun universitetlər arasında bakalavr, magistr və doktorantura pillələrində akademik əməkdaşlıq, ortaq elmi-tədqiqat layihələri, müəllim və tələbə mübadilələri, aqrar tədqiqatlar üzrə resurslardan birgə istifadə, seminar və konfransların keçirilməsi və qarşılıqlı innovasiya təşəbbüsləri üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.Görüş zamanı tərəflər mövcud maddi-texniki baza, laboratoriyalar və elmi infrastruktur imkanlarını nəzərdən keçirib, müxtəlif formatlarda əməkdaşlıq planlarını müəyyənləşdiriblər.Görüşün yekununda tərəflər anlaşma memorandumunu imzalayıb.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX