AZ

Gülər Sultanzadə: "Aministiya tşəbbüsü İnsan amilinin hüquqi siyasətin mərkəzində olduğunu göstərir"



Bəzən tarix yalnız savaş meydanlarında deyil, dövlətin verdiyi qərarların mənəvi çəkisində yazılır. Cənab Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü məhz belə qərarlardandır. Bu təşəbbüs Azərbaycan dövlətinin suverenlik mərhələsindən dövlət müdrikliyi və humanist idarəçilik mərhələsinə keçidinin parlaq rəmzidir.

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz bildirib ki, ərazi bütövlüyünü tam təmin, Konstitusiyasının hökmünü ölkənin bütün ərazilərində bərqərar etmiş Azərbaycan bu gün cəza hüququna yalnız sərt mexanizm kimi yanaşmır. Dövlət artıq cəzanı insanı cəmiyyətdən ayıran deyil, onu yenidən cəmiyyətə qazandıran vasitə kimi dəyərləndirir. Amnistiya təşəbbüsü də bu anlayışın hüquqi müstəvidə təsdiqidir. Bu qərarın Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində gündəmə gətirilməsi isə onun mənəvi yükünü daha da artırır. Bu, minlərlə ailə üçün yeni ilin sevincini, ümidini və barışını gətirən dövlət qərarıdır. Qalibiyyət dövlətə yalnız üstünlük deyil, daha ağır və daha ali bir məsuliyyət yükləyir. Prezident İlham Əliyevin təşəbbüsü açıq şəkildə göstərir ki, Azərbaycan qələbəni intiqam dili ilə deyil, hüquq, vicdan və mərhəmət dili ilə möhkəmləndirməyi seçib. Dövlət cəmiyyətə sübut edir ki, güc tətbiq etmək bacarığı qədər, bağışlamaq iradəsi də dövlətçilik keyfiyyətidir. Bu baxımdan amnistiya aktı təkcə hüquqi sənəd deyil, qalib dövlətin öz vətəndaşı ilə yeni etimad və məsuliyyət münasibətinin təməlidir. Amnistiya aktının mahiyyətində cəzanın tərbiyəvi funksiyasına dərin inam dayanır. Böyük ictimai təhlükə törətməyən və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərə münasibətdə cəzanın yüngülləşdirilməsi hüququn insana qarşı yönəlmiş mexanizm olmadığını nümayiş etdirir. Xüsusi sosial qruplara — qadınlara, yaşlılara, yetkinlik yaşına çatmayanlara, müharibə iştirakçılarına, şəhid ailələrinə və müharibə nəticəsində zərər görmüş şəxslərə münasibətdə fərqli yanaşma dövlətin hüququ vicdanla və məsuliyyətlə tətbiq etdiyini sübut edir. Bu, mexaniki ədalət deyil, mənalı və insani ədalətdir. Amnistiyanın miqyası onun sıradan hüquqi akt olmadığını açıq şəkildə göstərir. On minlərlə şəxsi əhatə edəcək bu təşəbbüs minlərlə ailə üçün sosial nəfəs, psixoloji rahatlıq və yeni başlanğıc deməkdir. Xüsusilə Yeni il ərəfəsində və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə qəbul edilən bu qərar dövlətin vətəndaşı ilə emosional-mənəvi bağının nə qədər güclü olduğunu göstərir. Azadlığa çıxacaq övladını gözləyən ana, ailəsinə qovuşacaq ata, yeni ilə fərqli ümidlə qədəm qoyacaq yüzlərlə ailə üçün amnistiya bayram sevincinə çevrilir. Dövlət bu qərarla həm hüquqi, həm də mənəvi həmrəyliyi möhkəmləndirir. Amnistiya təşəbbüsü bir daha sübut edir ki, hüququn aliliyi ilə humanizm bir-birinə zidd anlayışlar deyil. Əksinə, məhz hüququn güclü olduğu dövlətdə mərhəmət zəiflik yox, siyasi və mənəvi üstünlükdür. Prezident İlham Əliyevin siyasi iradəsi bu həqiqəti praktik müstəvidə təsdiqləyir. Bu yanaşma Azərbaycan dövlətinin inkişaf yolunda yalnız sərt idarəetmə modelinə deyil, insan mərkəzli dövlətçilik fəlsəfəsinə üstünlük verdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü Azərbaycan dövlət vicdanının hüquqi formaya salınmış ifadəsidir. Amnistiya cəzanın yox, ümidin qalib gəldiyi nöqtədir-deyə Gülər Sultanzadə fikrini tamamlayıb.



Seçilən
117
aia.az

1Mənbələr