AZ

ABŞ-də ŞOK QƏTL: Məşhur nüvə alimi evində güllələnmiş halda TAPILDI

ABŞ-də məşhur nüvə fiziki evində güllələnmiş halda tapıləb.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb. MIT-in Plazma Elm və Termonüvə Sintezi Mərkəzinin direktoru Nuno Loureyro qətlə yetirilib.

ABŞ-də 47 yaşlı nüvə fiziki, Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru və Plazma Elm və Termonüvə Sintezi Mərkəzinin direktoru Nuno F. Q. Loureyro odlu silah yaraları ilə öz evində aşkar edilib.

Alim dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və orada vəfat edib.

Polis faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb və araşdırma aparır.

Hələlik cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
88
interpress.az

1Mənbələr